Droqba “Çelsi”də qol “orucu”nu pozdu
22.10.2014 - 00:14
Droqba “Çelsi”də qol “orucu”nu pozdu

Çempionlar Liqasının qrup mərhələsinin III turunun oyunda Didye Droqba “Çelsi”nin heyətində “qol orocu”nu pozub. Apasport.az saytının məlumatına görə, Fil Dişi Sahili millisinin hücumçusu “Maribor”la görüşdə fərqlənib.

 

36 yaşlı futbolçu hazırda davam edən (4:0) oyunun 23-cü dəqiqəsində penaltidən komandasının 2-ci qolunu vurub.

 

Qeyd edək ki, Çempionlar Liqasında “Çelsi”nin heyətində fərqlənən Droqba sonuncu dəfə sözügedən turnirdə “zadəganlar”la qol sevincini 2012ci ildə yaşayıb.

0