Meydan sahibləri 1/8 finalda - YENİLƏNİB
22.10.2014 - 14:52
Meydan sahibləri 1/8 finalda - YENİLƏNİB

Bu gün Azərbaycan kubokunda yeni mövsümə start verilib. Apasport.az saytının məlumatına görə, 1 oyundan ibarət olan 1/16 final mərhələsində cəmi 2 qarşılaşma baş tutub.

 

Bakıda keçirilən görüşlərdə meydana I divizion təmsilçiləri çıxıb. Hər iki matçın taleyini 1 qol həll edib.

 

Mərhələnin ən təcrübəlisi sayılan MOİK “Lokomotiv”lə görüşdə çətinliklə üzləşsə də, mərhələ adlaya bilib. Kubokda məğlubiyyətləri sıralayan və qol həsrətini sürdürən “dəmiryolçular” isə uğursuz seriyaları qıra bilməyib.

 

Yarışın debütantı “Zirə” də “Lokomotiv”in taleyini yaşayıb. Onlar “Qaradağ-Lökbatan” qarşısında aciz qalıblar.

 

 

Azərbaycan kuboku

1/16 final mərhələsi

22 oktyabr (çərşənbə) 

MOİK – “Lokomotiv” - 1:0

Qol: Röyal Nəcəfov, 53

Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Vüsal Qənbərov, Səbuhi Soltanov 
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

MOİK: 95. Elnur Hüseynov, 13. Zahid Quliyev, 6. Süleyman Piriyev, 3. Azər Həbibov, 15. Şərafəddin Camalov, 17. Cavidan Ağayev (k), 10. Orxan Müzəffərli, 4. Cavid Həziyev, 9. Röyal Nəcəfov, 8. Rəfail Qəvami, 20. Tural Məmmədli

Ehtiyat oyunçular: 1. Həzrət Hüseynli, 11. Fərman Ədilov, 19. Ülfət Hüseynov, 21. Elşad Əliyev, 14. Fərid Fətullayev, 7. Əli Mehrivari, 16. Mahir İbrahimov

Baş məşqçi: Namiq Adilov

“Lokomotiv”: 25. Səbuhi Əliyev, 2. Xəyal Qocayev, 4. Elmir Hacıyev, 6. Səbayel Bağırov, 7. Salman Altuxanov, 16. Rəşad Piriyev, 17. Haqverdi Yusifov , 19. Orxan Qəhrəmanov, 20. Nihad Ələsgərov, 21. Məhəmməd Haqverdiyev, 77. Səddam Mollazadə (k)

Ehtiyat oyunçular: 1. Orxan İrzaquliyev, 5. Namiq Salayev, 9. Cavid Əsədov, 10. Rəsul Teymurxanlı, 11. Nurlan Məmmədzadə, 22. Elmar Qulamzadə, 24. Əfqan Əsgərov

Məşqçi: İlqar Hüseynov

 

 

“Qaradağ Lökbatan” – “Zirə” - 1:0
Qol: Ramil Nuriyev, 16 (pen)

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, İsgəndər Əliyev, Xəlil Xəlilov 
“Dalğa Arena”

“Qaradağ Lökbatan”: 1. Anar Məhərrəmov, 20. Elmir Məmmədov, 22. Ramil Nuriyev, 5. Vüsal İsmayılov (k), 4. Elxan Cəbrayılov, 15. Vüsal Səfərov, 21. Cavid Mirzəyev, 19. Rüfət Məmmədov, 14. Əbülfəz Hüseynli, 2. Yasin Yaqubzadə, 10. Sərxan Ağayev
Ehtiyat oyunçular: 12. Ravil Məhəmmədov, 18. Taleh Muradov, 9. Mehdi Mehdiyev, 11. İlham Allahverdiyev, 3. Aydın İslamov, 6. Nail Səfərov, 44. Murad İsgəndərli 
Baş məşqçi: Adil Mahmudov

“Zirə”: 1. Ziyadxan Məmmədov, 44. Tural Adıgözəlov, 13. Fərid Quliyev, 30. Roman Kikalişvili, 17. Emin Mustafayev, 21. Toğrul Bilallı, 27. Samir Əhmədov, 92. Bəhram Bəhramzadə, 8. Fərid Bağırov, 6. Vüqar Əsgərov, 9. Ceyhun Abdullayev
Ehtiyat oyunçular: 22. Tural Abbaszadə, 15. Ayzer Abbasov, 19. Natiq Abbasov, 7. Rövşən İsmayılov, 10. Aslan Hüseynov, 94. Qvanzan Məhəmmədov, 11. Elmixan Məmmədov 
Baş məşqçi: Bəhram Şahquliyev

 

 

0