“Dinamo” “Azəryol”a gücünü göstərdi
22.10.2014 - 08:43
“Dinamo” “Azəryol”a gücünü göstərdi

“Azəryol” Bakıda qonaq olan Krasnodar “Dinamo”su ilə növbəti yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, ilk görüşdə “sülh” bağlayan (2:2) Super Liqanın gümüş medalçısı ikinci qarşılaşmada məğlubiyyətdən qaça bilməyib.

 

CEV kubokunda oynayacaq Rusiya təmsilçisi Çempionlar Liqasında mübarizə aparacaq “Azəryol”a 3:1 (25:22; 25:22; 18:25; 25:17) hesabı ilə qalib gəlib.

 

Bununla, Krasnodar “Dinamo”sunun Bakı toplanışı başa çatıb. Komanda bu gün Rusiyaya qayıdacaq. 

0