[b]Mahmud Qurbanov etiraz edənlərin cavabını verdi[/b] - MÜSAHİBƏ
22.10.2014 - 13:33
[b]Mahmud Qurbanov etiraz edənlərin cavabını verdi[/b] - MÜSAHİBƏ

Azərbaycan millisinin baş məşqçisi Mahmud Qurbanovun apasport.az saytına müsahibəsi 

 

- Qarşıdan gələn Norveçlə oyuna milli komandanı baş məşqçi əvəzi kimi siz çıxaracaqsınız. Planlarınız necədi?

- Buna qədər də millidə məşqçi işləyirdim. Onda olduğu kimi indi də çempionat oyunlarını izləyib namizədlərin vəziyyətinə baxacağam. Ən birinci vəzifə indi budu.

 

- Həftəsonu çempionat matçlarını izləyəcəksinizmi?

- Bəli. Mən həmişə bu oyunları diqqətdə saxlamışam. Əsas məsələ millinin üzvlərinin vəziyyətini öyrənməkdi. Ondan başqa, digər oyunçulara da baxacağam. Yığmanın qapıları hamının üzünə açıqdı.

 

- Son vaxtlar bəzi futbolçuların bununla bağlı şikayətləri olur...

- Yığmanın məşqçiləri Aslan Kərimov və Rauf Mehdiyevlə birlikdə qarşıdakı üç turu izləyəcəyik. Hər kəs əmin olsun ki, diqqət mərkəzindədirlər. Lakin futbolçular nəzərə almalıdırlar ki,  yaxşı forma yığmaq və oyun praktikası olmaq vacib amillərdi. Məqsədimiz yığmada rəqabət yaratmaqdı.

 

- Türkiyədə bir neçə futbolçumuz çıxış edir. Onların oyununu izləmək fikriniz varmı?

- Bəli. Ümumiyyətlə,  xarici klublardakı millinin bütün üzvlərinin oyunlarını nəzərdə keçirməklə onların gücündən də yararlanmağa çalışacağıq.

 

- Heyəti nə vaxt açıqlamağı düşünürsünüz?

- Aslan Kərimov və Rauf Mehdiyevlə məsləhətləşdikdən sonra  hazırda ən layiqli olanları çağıracağıq. Lakin vaxt barəsində danışmaq hələ tezdi.

 

- Norveç yığması barədə nə deyə bilərsiniz?

- Onlar kifayət qədər yaxşı komandadır. Qrupda üçüncü yeri tutmağa ən real namizəddi. Yığmanın alman məşqçilərindən onlarla bağlı məlumatları  öyrənəcəm.  Ondan başqa, rəqibin bir neçə oyununu izləməyi düşünürük. Qarşıda görüləsi çox işlərimiz var.

 

- Rəqib fiziki cəhətdən güclüdü. Ucaboy futbolçuları var və hava ötürmələri ilə fərqlənməyi bacarırlar. Bu sizi narahat etmir ki?

- Norveç yığmasının güclü olduğunu bilirəm. Lakin əsas olan bizim futbolçuların hansı formada olmasıdı.

0