İsgəndər Cavadovun qeyri-səmimi fikirləri - VİDEO
22.10.2014 - 14:20
İsgəndər Cavadovun qeyri-səmimi fikirləri - VİDEO

AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadovun oktyabrın 14-də Osiyek – Bakı reysiylə uçan Çexiya Hava Yollarına məxsus təyyarədə jurnalistlərə verdiyi açıqlama təzadlı məqamları ortaya çıxarıb. Apasport.az saytının məlumatına görə, Cavadov həmin vaxt mətbuat nümayəndələrinə millimizin sabiq baş məşqçisi Berti Foqtsun əleyhinə danışmağı ilə yadda qalmışdı.

 

Əslində, burda qeyri-adi bir şey yox idi. Çünki “məmə yeyəndən pəpə deyənədək” hamı Foqtsu Xorvatiyaya 0:6 hesablı darmadağında günahlandırırdı. Amma Cavadovun bu açıqlaması 1 il əvvəlki ilə təzad təşkil edir desək, yanılmarıq.

 

Veteran futbolçu təxminən 10 gün əvvəl belə bir açıqlama vermişdi: “Foqts İcraiyyə Komitəsinin iclasında komandamızın 2016-cı il Avropa çempionatının final mərhələsinə çıxmağa hazır olduğunu bildirmişdi. Həmin iclasda AFFA prezidenti Rövnəq Abdullayevə dedim ki, Foqts Azərbaycan yığmasına xeyir verməyəcək. Amma onun komandada işini davam etdirməsinə səs verdim”.

 

Jurnalistin “Əgər narazı idinizsə, niyə ona səs verdiniz ki?” sualına isə belə cavab gəlmişdi: “Elə-belə. Seçimim onsuz da heç nəyə təsir etməyəcəkdi. Onun vədinə aldanıb səs verdim. Amma əslində, nə Karlos Alberto Torresə, nə də Foqtsa inanmışam. Bilirdim ki, Foqtsun AVRO-2016 ilə bağlı verdiyi vədlər boş sözlərdən ibarətdi”.

 

İndi isə sizə Cavadovun dekabrın 18-də AFFA İcraiyyə Komitəsinin iclasında Foqtsla yeni müqavilənin bağlanması ilə bağlı qərarından sonra AFFA-nın saytına verdiyi açıqlamanı diqqətinizə çatdırırıq. Foqtsa inanmadığını bildirən İsgəndər bəyin videogörüntüdəki danışığından cani-könüldən almaniyalıya səs verdiyi hiss olunur. Əgər belə deyilsə, qeyri-səmimi danışmağı bacardığına görə veteran idmançımıza əhsən düşür...  

 

0