“Dnepr”in 4 futbolçusunun “Qarabağ”a qarşı oynamayacağı dəqiqləşdi
22.10.2014 - 19:10
“Dnepr”in 4 futbolçusunun “Qarabağ”a qarşı oynamayacağı dəqiqləşdi

“Dnepr” Avroliqanın qrup mərhələsinin III turunun “Qarabağ”la görüşü üçün bu gün Dnepropetrovskdan Kiyevə gəlib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Miron Markeviç Ukraynanın paytaxtına 20 futbolçu gətirib.

 

Heyətdə aldığı zədədən sonra bərpa olunmayan Roman Zozulya, o cümlədən braziliyalı Leo Matos, Sergey Politılo və Vladimir Polevoy yer almayıb:

 

Qapıçılar: Denis Boyko, Yan Laştuvka, Denis Şelixov;

 

Müdafiəçilər: Yevgeni Çeberyaçko, Ondrjey Mazux, Duqlas, İvan Striniç, Artyom Fedetski, Valeri Luçkeviç, Aleksandr Miqunov;

 

Yarımmüdafiəçilər: Ruslan Rotan, Yevgeni Konoplyanka, Sergey Kravçenko, Yevgeni Şaxov, Caba Kankava, Mladen Bartuloviç, Andrey Blizniçenko, Brunu Qama;

 

Hücumçular: Yevgeni Seleznyov, Nikola Kaliniç.

 

Qeyd edək ki, “Dnepr” – “Qarabağ” matçı sabah Bakı vaxtı ilə saat 00:05-də keçiriləcək. Görüşü Çexiyadan olan FİFA referisi Libor Kovarjik idarə edəcək.

0