[b]Miron Markeviç: “Qarabağ” hücumda yaxşı oynayır[/b]
22.10.2014 - 20:20
[b]Miron Markeviç: “Qarabağ” hücumda yaxşı oynayır[/b]

“Mən “Qarabağ”la oyun üçün meydana çıxaracağım start heyəti daha dəqiq bilmirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi “Dnepr”in baş məşqçisi Miron Markeviç deyib.

 

Təcrübəli çalışdırıcı sabah qitənin ikinci dərəcəli klub turnirində Ağdam təmsilçisi ilə oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: “Yevgeni Seleznyov son matçlarda qollar vururdu. Nikola Kaliniç isə yaxşı formadadır. Hələ düşünmək lazımdır. “Qarabağ” “Sent-Etyen”lə oyunda kifayət qədər bərabər mübarizə apardı. Qol vurmağa çalışsa da, bunu reallaşdıra bilmədi. Rəqib hücumda yaxşı oynayır. Lakin istənilən komandanın zəyif cəhəti olur. Biz də bundan istifadə etməyə çalışacağıq. Baxarıq, görək bu, necə alınacaq”.

 

Qeyd edək ki, “Dnepr” – “Qarabağ” oyunu sabah Kiyevin “Olimpiya” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 00:05-də başlayacaq. Matçı isə çexiyalı hakim Libor Kovarjik idarə edəcək.

 

0