Dünya çempionu vergidən yayınmaqda şübhəli bilinib, həbs olundu
22.10.2014 - 21:10
Dünya çempionu vergidən yayınmaqda şübhəli bilinib, həbs olundu

İtaliya milli komandasının sabiq müdafiəçisi Fabio Kannavaro həbs olunub. Apasport.az saytının məlumatına görə, buna səbəb 2006-cı ildə Almaniyada keçirilən dünya çempionatının qalibinin vergidən yayınmaqda şübhəli bilinməsi olub.

 

Belə ki, “Qızıl top”un (2006) sahibi 41 yaşlı veteran yaxta kirayəsi üzrə biznesində aparılan yoxlamalar zamanı 900 min avro müsadirə olunub. Onun sənədlərdə yaxtaların kirayə edilməsi deyil, şəxsi istifadə üçün nəzərdə tutulduğu göstərilib.

 

Qeyd edək ki, “Napoli”nin yetirməsi olan Kannavaro 3 il (1992–1995) Neapol təmsilçisinin əsas komandasının formasını geyinib. Daha sonra o, “Parma” (1995–2002), “İnter” (2002–2004), "Yuventus" (2004–2006, 2009–2010), “Real” (2006–2009) və “Əl-Əhli” (2010-2011) klublarının şərəfini qoruyub. Fabio 1997-2010-cu illər arasında İtaliya yığmasının əsas komadasında çıxış edib (136 oyun, 2 qol) və tarixində ilk və tək dünya çempionluğunda o, millisinin kapitan sarğısını daşıyıb.

0