“Qarabağ” ilk qələbəsini Kiyevdə qazandı
24.10.2014 - 00:58
“Qarabağ” ilk qələbəsini Kiyevdə qazandı

Avropa Liqasında qrup mərhələsinin III turunda növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirində mübarizə aparan təmsilçimiz “Qarabağ” da bu gün meydana çıxıb.

 

Ağdam klubu III tur çərçivəsində Ukraynada “Dnepr”lə qarşılaşıb. İlk iki matçda 1 xal toplayan Qurban Qurbanovun yetirmələri Kiyevin “Olimpiya” stadionunda maksimum nəticə əldə edib.

 

Belə ki, “Qarabağ” Dnepropetrovsk klubuna minimal hesabla qalib gəlib. Oyunda vurulan yeganə qola 21-ci dəqiqədə Muarem Muarem imza atıb.

 

Qeyd dək ki, F qrupunun digər oyunda keçirilən “İnter” - “Sent-Etyen” matçı 0:0 hesabı ilə başa çatıb. 

 

 

Avropa Liqası

Qrup mərhələsi, III tur

F qrupu

23 oktyabr

"DNEPR” (Ukrayna) – “QARABAĞ” (Azərbaycan) - 0:1

QOL: Muarem Muarem, 21

Baş hakim: Libor Kovarjik

Baş hakimin köməkçiləri: Kristof Menkl, Yan Patak

Əlavə hakim köməkçiləri: Radek Priqoda, Yan Jilek

Dördüncü hakim: Petr Blaje (hamısı Çexiya)

UEFA nümayəndəsi: Tarqo Kaldoya (Estoniya)

Hakim-inspektor: Stefan Ormanciyev (Bolqarıstan)

Kiyev. Olimpiya Milli İdman Kompleksinin stadionu
 

 

DNEPR: 73. Denis Boyko, 3. Ondrjey Mazux, 23. Duqlas, 17. İvan Striniç, 44. Artyom Fedetski, 4. Sergey Kravçenko, 20. Brunu Qama, 28. Yevgeni Şaxov, 29. Ruslan Rotan (k),  9. Nikola Kaliniç, 10. Yevgeni Konoplyanka

 

Ehtiyat oyunçular: 16. Yan Laştuvka, 24. Valeri Luçkeviç, 90. Aleksandr Miqunov,  14. Yevgeni Çeberyaçko, 7. Caba Kankava, 21. Mladen Bartuloviç, 11. Yevgeni Seleznyov

Baş məşqçi: Miron Markeviç

 

 

QARABAĞ: 1. İbrahim Şehiç, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 7. Namiq Yusifov, 14. Rəşad Sadıqov (k), 5. Maksim Medvedev, 20. Riçard Almeyda, 2. Qara Qarayev, 10. Muarem Muarem, 9. Reynaldo, 17. Vüqar Nadirov

 

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 3. Tərlan Quliyev,  24. Admir Teli, 18. İlqar Qurbanov, 77. Cavid Tağıyev, 6. Hacı Əhmədov, 99. Namiq Ələsgərov

 

Baş məşqçi: Qurban Qurbanov

 

 

1.

İnter

3

2

1

0

3:0

7

2.

Qarabağ

3

1

1

1

1:2

4

3.

Sent-Etyen

3

0

3

0

0:0

3

4.

Dnepr

3

0

1

2

0:2

1

 

0