[b]Yığmamız ilk sınağdan üzü ağ çıxa bilmədi - YENİLƏNİB[/b]
23.10.2014 - 22:42
[b]Yığmamız ilk sınağdan üzü ağ çıxa bilmədi - YENİLƏNİB[/b]

Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində mübarizəyə qoşulub. Apasport.az saytının məlumatına görə, yığmamız Belçikada təşkil olunan seçmə mərhələnin X qrupunda ilk qarşılaşmada qüvvəsini sınayıb.

 

I turun matçında komandamız meydan sahibləri ilə görüşüb. Matçda yığmamız 3:0 hesabı ilə uduzub.

 

Bosniya və Herseqovina isə İsveçrəni minimal hesabla üstələyib.

 

Qeyd edək ki, mərhələ adlamaq iddiasında olan Mirbağır İsayevin yetirmələri ilk iki yerdən birini tutmalı, ya da 3-cü yer sahibləri arasında ən yaxşı nəticəyə malik 5 komandadan biri olmalıdır.

 

23 oktyabr

İsveçrə - Bosniya və Herseqovina - 0:1

Qol: Mustafiç, 80+3

 

Belçika – Azərbaycan - 3:0

Qollar: Van Vaerenbergh, 11, Azzaoui, 50-pen, Riqo, 71

 

 

1.

Belçika

1

1

0

0

3:0

3

2.

Bosniya və Herseqovina

1

1

0

0

1:0

3

3.

İsveçrə

1

0

0

1

0:1

0

4.

Azərbaycan

1

0

0

1

0:3

0

 

 

0