Azərbaycan yığması: Ayın ən uğursuz komandası
23.10.2014 - 12:46
Azərbaycan yığması: Ayın ən uğursuz komandası

FİFA-nın milli komandaların reytinq siyahısında ən çox geriləyən yığmaların siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, sentyabrda dünyanın 95-cisi olan, indi isə 31 pillə geriləyib 126-cı yerə yuvarlanan millimiz planetin ən böyük uğursuzudu.

 

Dünyanın ən çox geriləyən yığması olan komandamız kimi enişə üzülən Burkina-Faso və Ermənistan da uğursuzlar siyahısına düşüb. Bu iki komanda hərəyə 23 pillə aşağı yuvarlanıb. Afrikalılar 71-i 48-ə, ermənilərsə 52-ni 75-ə dəyişib.

 

Ən böyük sıçrayış isə Toqoya məxsusdu. Ötən ay 125-ci olan afrikalılar 73 pilləlik irəliləyişlə 52-ci olub. Trinidad və Tobaqo 37 (86-cı yerdən 49-cuya), Şimali İrlandiya 28 (71-cidən 48-ciyə) pilləlik yüksəlişə nail olub.

0