[b]“Trabzonspor”un sabiq futbolçusu: “Qarabağ”a erkən qol vurmaq lazımdır[/b]
23.10.2014 - 17:18
[b]“Trabzonspor”un sabiq futbolçusu: “Qarabağ”a erkən qol vurmaq lazımdır[/b]

“Bu qarşılaşmada sürprizlər olmamalıdır. “Dnepr”in səviyyəsi rəqibinkindən nəzərə çarpacaq dərəcədə yüksəkdir. Əgər “Dnepr”lilər rəqibinə ciddi yanaşsa, onda problemlər yalnız qonaqlarda yaranacaq”. Apasport.az saytının məlumatına görə, bunu Ukrayna yığmasının tarixində ilk kapitan olmuş Yuri Şelepnitski deyib.

 

Vaxtı ilə Türkiyə Superliqasında “Trabzonspor”, “Altay” və “Dənizlispor”un formasını geyinmiş Şelepnitski bu gün keçiriləcək Avroliqanın “Dnepr” – “Qarabağ” oyunu haqqında fikirlərini bildirib. 49 yaşlı mütəxəssisin sözlərinə görə, erkən qol “Qarabağ”ın sistemini pozacaq: “Erkən qol vurmaq lazımdır. Cənub komandaları ənənəvi olaraq emosional oynayır. Onlar ən cüzi uğursuzluq üzündən tez ruhdan düşə və nəzarəti itirə bilərlər. Qarşıdakı görüş üçün proqnoza gəlincə, fikrimcə, matç “Dnepr”in minimal – 1:0 hesablı qələbəsi ilə başa çatacaq”.

 

Qeyd edək ki, Yuri Şelepnitski 1992-ci ilin aprelin 29-da Macarıstana qarşı oyunda (1:3) Ukrayna millisini ilk dəfə kapitan qismində meydana çıxarıb. Ancaq həmin il “Trabzonspor”la müqavilə bağlamaq istəyində olduğundan, Şelepnitski yığma ilə ABŞ-a səfərə getməkdən imtina etmişdi. Belədə yerli federasiya ilə münaqişə yaşayan Şelepnitski bir də milliyə çağırmamışdı.

0