“Qəbələ” liderliyə yüksəldi
23.10.2014 - 18:50
“Qəbələ” liderliyə yüksəldi

Bu gün Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən çemponatda IX turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, turun açılış matçında yalnız bir qarşılaşma baş tutub.

 

"Qəbələ" evində "Sumqayıt"ı sınağa qəbul edib. Bu görüşdə 3:1 hesabı ilə qalib gələn meydan sahibləri turnir cədvəlində liderliyə yüksəlib.

 

 

Əvəzedicilərin çempionatı

23 oktyabr

“Qəbələ” – “Sumqayıt” - 3:1

Qollar: Muxtar, Əliyev, 44, Şirməhəmməd Məmmədov, 57, Elnur Mustafazadə, 78 - Kamil Xanıyev, 75-pen 

 

 

N Klublar O Q H M T-F X
1 Qəbələ 9 6 0 3 14-11 18
2 İnter 8 5 2 1 21-12 17
3 Xəzər Lənkəran 8 5 1 2 18-10 16
4 Qarabağ 7 5 0 2 13-10 15
5 Simurq 8 4 2 2 18-10 14
6 Bakı 8 3 0 5 17-16 9
7 Neftçi 7 2 2 3 11-10 8
8 AZAL 7 2 2 3 6-9 8
9 Araz Naxçıvan 7 1 1 5 9-17 4
10 Sumqayıt 9 0 2 7 10-32 2
0