“Qarabağ”ın rəqibinin fəxri prezidenti istefa verdi
23.10.2014 - 20:00
“Qarabağ”ın rəqibinin fəxri prezidenti istefa verdi

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi “İnter”in fəxri prezidenti Massimo Moratti istefa verib. Apasport.az saytının məlumatına görə, 69 yaşlı italiyan bu gün tutduğu postundan getdiyini açıqlayıb.

 

2013-cü ilin sonlarında klubun səhmlərinin 70 faizini indoneziyalı biznesmen Erik Thorirə satan Moratti, artıq 19 illik rəhbəri olduğu Milan təmsilçisi ilə bütün əlaqələrini kəsib.

 

Morattiylə birlikdə klubu Andcelomario Moratti, Rinaldo Qelfi və Alberto Mansonetto da tərk edib.

 

Qeyd edək ki, Moratti 1995-ci ildən "İnter"in prezidenti və sahibi olub. "İnter" Massimonun rəhbərliyi dövrlərdə 5 dəfə İtaliya A seriyasını qazanıb. 4 dəfə ölkə çempionu olan milanlılar bir dəfə də Çempionlar Liqasına, UEFA superkubokuna və klublar arası dünya kubokuna yiyələnib.

0