UEFA Serbiya - Albaniya matçı ilə bağlı son qərarı sabah verəcək
23.10.2014 - 20:31
UEFA Serbiya - Albaniya matçı ilə bağlı son qərarı sabah verəcək

UEFA-nın nəzarət-intizam instansiyası AVRO-2016-nın seçmə mərhələsində baş tutan Serbiya – Albaniya matçı ilə bağlı son qərarı sabah verəcək. Apasport.az saytının məlumatına görə, ali futbol qurumunun nümayəndələri əvvəlcə hər iki tərəfi dinləyəcək və daha sonra qərar qəbul edəcək.

 

Qeyd edək ki, oktyabrın 14-də keçirilən sözügedən matçda oyunun 42-ci dəqiqəsində pilotsuz helikopterlə 2008-ci ildə Serbiyadan ayrılan Kosovanın da əhatə olunduğu xəritənin yer aldığı “Böyük Albaniya” bayrağı meydançaya endirilib. Ev sahiblərinin müdafiəçisi Stefan Mitroviç parçanı çəkmək istəyən zaman isə iki komandanın futbolçuları arasında gərginlik yaşanıb. Daha sonra yerli azarkeşlər meydana daxil olub. Bu səbəbdən matçın baş hakimi Martin Atkinson oyunu yarımçıq dayandırmışdı.

0