[b]QALMAQAL: “Slovan” - “Sparta” matçı yarımçıq dayandırıldı[/b]
23.10.2014 - 22:15
[b]QALMAQAL: “Slovan” - “Sparta” matçı yarımçıq dayandırıldı[/b]

Avropa Liqasının qrup mərhələsinin III turunda keçirilən “Slovan” (Slovakiya) – “Sparta” (Çexiya) matçı sonacan oynanılmayıb. Apasport.az saytının məlumatına görə, Bratislavada baş tutan görüşün ilk hissənin sonuna 5 dəqiqə qalmış baş hakim qarşılaşmanı dayandırıb.

 

Buna “Pasenki” stadionuna toplaşan azarkeşlər arasında qalmaqalın yaranması səbəb olub.

Belə ki, hesab 0:0 olarkən, qonaq komandanın azarkeşləri digər tribunaya keçərək, yerli azarkeşlərlə dava etməyə başlayıblar.

 

Aranın qarşıdığını görən futbolçular və məşqçilər meydanı tərk ediblər və bir çox azarkeşlər isə stadiondan qaçıblar. .

 

Qeyd edək ki, hazırda matçda dayandırılmış 5 dəqiqə oynanılır.

 

0