[b]Muarem Muarem “Qarabağ”ın tarixinə düşdü - FOTO[/b]
23.10.2014 - 23:44
[b]Muarem Muarem “Qarabağ”ın tarixinə düşdü - FOTO[/b]

Avropa Liqasında qrup mərhələsinin növbəti oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, hazırda Kiyevdə “Dnepr”lə qarşılaşan “Qarabağ”ın futbolçusu Muarem Muarem Ağdam klubunun tarixinə düşüb.

 

Makedoniya millisinin üzvü təmsilçimizin Avropa Liqasının qrup mərhələsində ilk qolunun müəllifi olub. “Sent-Etyen” və “İnter”lə qol “orucu”nu poza bilməyən Qurban Qurbanovun yetirmələri istəyinə çatıb. 0:1 hesabı ilə üstün olduğumuz görüşün 21-ci dəqiqəsində Muarem komandamızı sevindirib.

 

Qeyd edək ki, Muarem “Tvente” ilə Avroliqanın pley-off mərhələsinin cavab oyununda da fərqlənmişdi. Bakıda 0:0 hesabı ilə başa çatan qarşılaşmadan sonra “Qarabağ” ümidini Hollandiyadakı cavab matçına yönəltmişdi. 38-ci dəqiqədə Luk Kastaynosun vurduğu topla hesabda geri düşən Ağdam klubunu 51-ci dəqiqədə  (1:1) makedoniyalı futbolçu sevindirmişdi. Onun fərqlənməsindən sonra “Qarabağ” ilk dəfə Avropa Liqasın qrup mərhələsinə vəsiqə qazanıb.

0