[b]Qurban Qurbanov: Bakıdakı oyun daha ağır keçəcək[/b]
24.10.2014 - 01:28
[b]Qurban Qurbanov: Bakıdakı oyun daha ağır keçəcək[/b]

“Bizim üçün ağır oyun oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Ağdam klubu Avropa Liqasının qrup mərhələsinin III turunda səfərdə “Dnepr”i 1:0 hesabı ilə məğlub edib.

 

Oyundan sonra “Qarabağ”ın çalışdırıcısı qələbəyə şərh verib: "Oyunun sonları daha gərgin keçdiyini düşünürəm. Güclü komandaya qarşı mübarizə apardıq. “Dnepr”in futbolçuları topla yaxşı davranırdı. Azarkeşlərimizi təbrik edirəm. Meydan sahiblərinin fanatları çox olsaydı, məncə, qarşılaşma daha maraqlı ola bilərdi. İkinci pilləyə sahib olmağımızı söyləmək indidən tezdir. Gəlin, bu haqda yox, qarşıdakı oyunu fikirləşək. Bakıdakı oyun daha ağır keçəcək. Həmin matça daha ciddi hazırlaşacağıq”.

0