[b]“Qarabağ”dan tarixi ilklər[/b]
24.10.2014 - 02:00
[b]“Qarabağ”dan tarixi ilklər[/b]

Avropa Liqasının qrup mərhələsinin III turunda səfərdə "Dnepr"ə minimal hesabla qalib gələn “Qarabağ" tarixi ilklərə imza atıb. Apasport.az saytının məlumatına görə, ilk dəfə qitə miqyası 2-ci dərəcəli klub turnirində mübarizə aparan Ağdam təmsilçisi qrup mərhələsində qələbə qazanan yeganə Azərbaycan klubu kimi tarixə düşüb.

 

Bundan başqa, Qurban Qurbanovun yetirmələri qrup mərhələsində səfərdə 3 xala sevinən birinci Azərbaycan komadası olub.

 

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsində mübarizə aparan ilk komanda “Neftçi” olub. Lakin 2012-2013 mövsümündə “flaqman” yalnız heç-heçələrlə kifayətlənmişdi. 

0