[b]Miron Markeviç: "Qarabağ" müdafiədə çox ağıllı oynadı[/b]
24.10.2014 - 02:20
[b]Miron Markeviç: "Qarabağ" müdafiədə çox ağıllı oynadı[/b]

"Bu oyuna qələbə üçün çıxmışdıq. Lakin alınmadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi “Dnepr”in baş məşqçisi Miron Markeviç deyib.

 

Təcrübəli çalışdırıcı dogma publika önündə Ağdam klubuna minimal hesabla (0:1) məğlub olmalarına şərh verib: “Əgər sən Avroliqada mübarizə aparmaq istəyirsənsə, onda oynamaq  lazım idi. Təəssüf ki, oyunçularım bunu bacarmadı. Biz müdafiə və yarımmüdfiədə daha çox topla oynayırdıq. Evdə belə çıxış etmək olmaz. Seleznyov xüsusi yerdə topu qəbul edə bilmirdi. Məğlubiyyətə görə, komandanın aparıcı oyunçuları ilə ciddi danışacağam. Onlar meydanda çox çaş-baş qalmışdılar”. 

 

Markeviç təmsilçimizin oyununa da təriflər yağdırıb: "Matç barəsində danışmaq çətindir. "Qarabağ" yaxşı təşkilatlanmış komandadır. Bu gün ən pis oyunumuzu keçirdiyimizi deyə bilərəm. Rəqib müdafiədə çox ağıllı oynadı və bizə nəsə etməyə imkan vermədilər. Lakin öz qol imkanlarından maksimum yararlandılar. Bu komandanın oyun üslübu xoşum gəldi”.

0