[b]Azərbaycan çempionu Bundesliqada oynayacaq[/b] - FOTO
24.10.2014 - 08:38
[b]Azərbaycan çempionu Bundesliqada oynayacaq[/b] - FOTO

“Rabitə”nin amerikalı voleybolçusu Kristi Cekson karyerasını Almaniyada davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 24 yaşlı blokçu “Dresdner”lə danışıqları müsbət yekunlaşdırıb.

 

Azərbaycan çempionu Bundesliqa klubu ilə 1 illik rəsmi müqaviləyə imza atıb. Cekson yeni komandasında icarə əsasında oynayacaq.

 

Qeyd edək ki, Kristi daha öncə “İqtisadçı” ilə anlaşsa da, Bakı klubunun tarixin yaddaşına qovuşması səbəbindən “Rabitə”nin düşərgəsinə qayıtmışdı.  

0