[b]“Əsas problemimiz qapı xətti ilə bağlı idi”[/b] - FOTO
24.10.2014 - 10:57
[b]“Əsas problemimiz qapı xətti ilə bağlı idi”[/b] - FOTO

“Qolların üçünü də standart vəziyyətdən buraxdıq. 2 qol künc, digəri isə 11 metrlik cərimə zərbəsindən sonra vuruldu”. Apasport.az saytının məlumatına görə, bunu 17 yaşadək futbolçulardan ibarət yığmamızın (U-17) baş məşqçisi Mirbağır İsayev deyib.

 

Millimiz dünən Belçikada keçirilən Avropa çempionatının ilkin seçmə mərhələsinin X qrupunda ilk oyununa çıxıb. U-17 tsiklə uğursuz başlayıb. Belə ki, Mirbağır İsayevin yetirmələri meydan sahiblərinə 0:3 hesabı ilə məğlub olub. 

 

Mirbağır İsayev affa.az saytına verdiyi açıqlamasında böyük hesablı yenilgiyə baxmayaraq, futbolçularına iradının olmadığını bildirib: “Əsas problemimiz qapı xətti ilə bağlı idi. Cərimə meydançamıza göndərilən topların əksəriyyəti bizim üçün təhlükə yaradırdı. Bununla belə, komanda var gücü ilə mübarizə apardı. Çatışmazlıqlara baxmayaraq, futbolçularımıza hər hansı iradım yoxdur. Turnir cədvəlində balans yaratmaq üçün bir qələbəyə ehtiyacımız var. Hazırda əsas məqsədimiz komandanı növbəti oyunlara hazırlamaqdır. Qrupumuzdan elit mərhələyə 2 komanda vəsiqə qazanacaq. Bu baxımdan uğurlu nəticə əldə etmək şansımızı itirməmişik. Qarşıdakı 2 oyuna yüksək səviyyədə hazırlaşaraq məqsədimizə nail olmağı düşünürük”.

 

Qeyd edək ki, millimiz sabah İsveçrə ilə görüşəcək. Bu matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

 

0