[b]“Qarabağ”la oyunda hətta Messi və Ronaldo da bizə kömək edə bilməzdi”[/b]
24.10.2014 - 11:22
[b]“Qarabağ”la oyunda hətta Messi və Ronaldo da bizə kömək edə bilməzdi”[/b]

“Biz çox pis oynadıq. Əks-hücumdan top buraxıb, uduzduq”. Apasport.az xəbər verir ki, bu sözləri “Dnepr”in müdafiəçisi Artyom Fedetski deyib.

 

Avropa Liqasının qrup mərhələsinin III turunda doğma meydanda “Qarabağ”a 0:1 hesabı ilə uduzan Dnepropetrovsk təmsilçisinin futbolçusu Azərbaycan klubunun yaxşı müdafiə olunduğunu bildirib:  “Bilirdik ki, rəqib müdafiədən oynayacaq, güclü cəhətlərimizi öyrənib, cinahları bağlayacaqlar. Belə də oldu və bizi əks hücumda yaxaladılar. İkinci hissədə vəziyyəti xeyrimizə dəyişməyə çalışdıq. Ancaq qatar artıq getmişdi. Qol vəziyyətləri yaratdıq, amma real epizodlar deyildi. Bu oyunda hətta Lionel Messi və Kriştianu Ronaldo da bizə kömək edə bilməzdi”.

 

Fedetski bildirib ki, stadiona toplaşan azarkeşlərin böyük hissəsi “Qarabağ”a dəstək verirdi: “Stadionda 3000 azarkeş var idi. Onlardan 2800-ü “Qarabağ” tərəfdarı idi. Fikrimcə, yaxşı olardı ki, biz “Obolon” və yaxud “Dinamo” stadionunda oynayardıq. Amma “Olimpiyski” stadionunda oynayanda elə təəssürat yaranır ki, sanki yoldaşlıq matçına çıxmışıq. Azarkeş olmur. Biz Dnepropetrovskda oynasaydıq, azarkeşlərimizin dəstəyi altında “Qarabağ”ı əzib keçərdik”.

 

 

 

 

0