[b]Reytinq açıqlandı: “Qarabağ” yaxşıdı, yoxsa “Neftçi”?[/b]
24.10.2014 - 12:21
[b]Reytinq açıqlandı: “Qarabağ” yaxşıdı, yoxsa “Neftçi”?[/b]

Avrokubokların qrup mərhələsinin III turundan sonra UEFA-nın klublar üçün yeni reytinq cədvəli açıqlanıb. Apasport.az saytının xəbərinə görə, bu həftə baş tutan 44 qarşılaşma müəyyən dəyişikliklərə səbəb olub.

 

Bunlar siyahıda yer alan Azərbaycanın 7 komandasının mövqeyinə də təsir edib. Avropa Liqasında Ukrayna “Dnepr”ini 1:0 hesabı ilə məğlub edən “Qarabağ” növbəti sıçrayışına imza atıb. Ağdam klubu artıq Azərbaycanın cədvəldəki ən yaxşı komandasıdı. Uzun müddətdi “Neftçi”dən geri qalan, amma bakılıları keçməyə can atan Qurban Qurbanovun yetirmələri istəyinə çatıb.

 

Hazırda 9,400 xalı olan “Qarabağ” son 5 mövsümün yekunlarına əsasən, qitənin 164-cüsüdü. “Neftçi” isə 8,900 xalla 177-ci pillədə qərarlaşıb.

 

Digər təmsilçilərimiz isə xeyli geridə qalıb. 4,900 xalı olan “İnter” 270, 4,150 xala malik “Xəzər Lənkəran” 298-ci yerdə qərarlaşıb. “Bakı” isə 340-cı (3,150) pillədə yer alıb.  “Qəbələ” ilə AZAL hərəyə 2,650 xal toplamaqla 363-cü yerə şərikdi.

 

Qeyd edək ki, 454 komandanın yer aldığı siyahıya İspaniya “Real”ı başçılıq edir - 150,285 xal.

 

0