[b]Muarem Muarem: Belə vacib qol vurmaq, adama qürur verir[/b]
24.10.2014 - 13:55
[b]Muarem Muarem: Belə vacib qol vurmaq, adama qürur verir[/b]

“Qələbə qazandığımız üçün çox sevinirik. Bu, gözlənilməyən nəticə deyildi”. Bunu apasport.az saytına açıqlamasında “Qarabağ”ın makedoniyalı yarımmüdafiəçisi Muarem Muarem deyib.

 

“Qarabağ” Avroliqanın qrup mərhələsinin III turunda “Dnepr” üzərində 1:0 hesablı qələbə qazandı. Oyunda vurulan yeganə qolunun müəllifi olan Muarem qalibiyyətə şərh verib: “Yaxşı oyun göstərdiyimizi düşünürəm. Baş məşqçimiz Qurban Qurbanovun bizə verdiyi taktikanı dəqiqliklə yerinə yetirib qalib gəldik. Bunu  davamını gətirmək lazımdır. Biz növbəti mərhələyə adlamaq istəyirik. Bunun üçün “Dnepr” üzərində Bakıda da qələbə qazanmalıyıq”.

 

Vurduğu qol haqqında da danışan Muarem buna görə komanda yoldaşlarına təşəkkür edib: “Vurduğum qola görə çox sevinirəm. Pley-offda “Tvente”nin qapısından da bizi növbəti mərhələyə daşıyacaq topu mən keçirmişdim. Belə vacib qol vurmaq adama qürur verir. Amma bu təkcə mənim uğurum deyil. Komanda yoldaşlarıma təşəkkür edirəm. İndi bu oyunu unudub qarşıdakı vacib qarşılaşmaları düşünməliyik. İstədiyimiz kimi hazırlaşa bilsək, qələbələrin ardı gələcək”.

 

 

0