[b]Serblər UEFA-nın qərarından narazıdı[/b]
24.10.2014 - 20:40
[b]Serblər UEFA-nın qərarından narazıdı[/b]

Serbiya Futbol Federasiyası UEFA-nın qərarından narazı qalıb. Apasport.az saytının məlumatına görə, ali futbol qurumu AVRO-2016-nın seçmə mərhələsində keçirilən Serbiya - Albaniya matçında baş verən hadisələrlə bağlı yekun qərarınından sonra serblər Apellyasiya Məhkəməsinə müraciət edəcək.

 

Xatırladaq ki, bu gün UEFA sözügedən qalmaqallı qarşılaşma ilə bağlı son qərarını açıqlayıb. Ali futbol qurumu Albaniya yığmasına 0:3 hesablı texniki məğlubiyyət verib. Serbiya millisinin isə turnirdə üç xalı silinib və komandanın UEFA-nnı bayrağı altında keçirəcəyi növbəti iki oyunu azarkeşsiz oynayacaq. Həmçinin hər iki milli 100 min avro məbləğində cərimələnib.

 

Qeyd edək ki, oktyabrın 14-də keçirilən sözügedən matçda oyunun 42-ci dəqiqəsində pilotsuz helikopterlə 2008-ci ildə Serbiyadan ayrılan Kosovanın da əhatə olunduğu xəritənin yer aldığı “Böyük Albaniya” bayrağı meydançaya endirilib. Ev sahiblərinin müdafiəçisi Stefan Mitroviç parçanı çəkmək istəyən zaman isə iki komandanın futbolçuları arasında gərginlik yaşanıb. Daha sonra yerli azarkeşlər meydana daxil olub. Bu səbəbdən matçın baş hakimi Martin Atkinson oyunu yarımçıq dayandırmışdı. 

0