Ronaldo “El-Klassiko”da yeni butslarla oynayacaq - FOTO
24.10.2014 - 21:17
Ronaldo “El-Klassiko”da yeni butslarla oynayacaq - FOTO

“Real”ın hücumçusu Kriştianu Ronaldo “Mercurial Superfly CR7”nin yeni butslarında məşqlərə başlayıb. Apasport.az saytının məlumatına görə, Portuqaliya millisinin forvardı İspaniya La Lqasının IX turunda “El-Klassiko”da “Barselona”ya qarşı bu butslarda meydana çıxması gözlənilir.

 

Qeyd edək ki, “El-Klassiko” sabah “Santyaqo Bernabeu” stadionunda baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

0