“Qarabağ”ın rəqibinin heyətində ciddi itki
24.10.2014 - 23:17
“Qarabağ”ın rəqibinin heyətində ciddi itki

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “İnter” ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, qitə miqyaslı 2-ci dərəcəli klub turnirinin III turunda evdə "Sent-Etyen"ə görüşdə zədələnən yarımmüdafiəçi Yann M'Vila sıradan çıxıb.

 

Fransalı futbolçunun bir ay müddətinə yaşıl meydanlardan uzaqda qalacaq.

 

Qeyd edək ki, ötən mövsüm “Rubin”dən “İnter”ə keçən Mvila cari mövsümdə 9 görüşdə forma şansı əldə edə bilib.

0