Millimiz yubileyin astanasında
25.10.2014 - 12:15
Millimiz yubileyin astanasında

Bu gün İsveçrə ilə qarşılaşacaq 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatlarında yubileyə imza ata bilər. Apasport.az saytının məlumatına görə, bunun üçün komandamız uduzmamalıdır.

 

İndiyədək bu yarışda 68 qarşılaşmaya çıxan millimiz Belçikada qalib gəlsə, 15-ci qələbəyə sevinəcək. Elə heç-heçə də sayca 15-ci olacaq.

 

Hesabında 40 məğlubiyyət olan komandamız 58 qol vurduğundan 60-a da çatmağa yaxındır. Millimiz bu matçlarda 124 top buraxıb.

0