[b]Mahmud Qurbanov Türkiyə çempionatının oyununda[/b]
25.10.2014 - 13:28
[b]Mahmud Qurbanov Türkiyə çempionatının oyununda[/b]

Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsini icra edən Mahmud Qurbanov sələfi Berti Foqtsdan fərqlənməyə qərar verib. Apasport.az saytının məlumatına görə, gənc mütəxəssis Türkiyə çempionatının aşağı dəstəsini diqqətdən kənar saxlayan almaniyalının yolu ilə getməyəcək.

 

Belə ki, Qurbanov PTT 1. Liqasında çıxış edən həmyerlilərimizə diqqəti artırmaq, bu məqsədlə qonşu ölkədəki qarşılaşmaları canlı izləməyi daha məqsədəuyğun sayır. Elə bu məqsədlə də baş məşqçi Türkiyəyə yollanaraq oktyabrın 26-da, Samsun şəhərindəki “Samsunspor” – “Elazığspor” oyununu izləyəcək. Qurbanov sonuncuların heyətində çıxış edən Cavid İmamverdiyevin oyununa baxacaq.

 

Mənbə: affa.az

0