“Qarabağ”ın sevmədiyi zərbələr
25.10.2014 - 16:10
“Qarabağ”ın sevmədiyi zərbələr

Avropa Liqasının qrup mərhələsinin ilk 3 turundan sonra iştirakçı klublarla bağlı statistik göstəricilər açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycanın yeganə təmsilçisi “Qarabağ” da bəzi məqamlarla diqqət çəkir.

 

Bunlardan biri də künc zərbələridir. Ölkə çempionu 3 qarşılaşmada ən az korner vuran 4 komandadan biridir. Ağdamlılar cəmi 6 dəfə künc zərbəsi qazanıb. “Apollon” və “Astra” hərəyə 4, “Metallist” 6 belə şans əldə edib. “Krasnodar” hamıdan çox – 28 kornerlə əks qütbdədir.

 

“Qarabağ”ın rəqibləri də vur-tut 8 künc zərbəsi vurub. Bu göstəricidə də təmsilçimiz 4-cüdür. “Vilyareal”ın rəqibləri 6, “Trabzonspor”la “Zalsburq”un qapısı önündə isə 8 korner yerinə yetirib. Əks göstərici isə “Everton”un rəqiblərinə məxsusdur – 30.

 

Ümumilikdə isə ağdamlıların 3 matçında üst-üstə 15 belə zərbə vurulub. Bu isə 48 komanda arasında ən aşağı göstəricidir. “Krasnodar”ın oyunlarında daha çox – 42 korner vurulub.

 

Qeyd edək ki, “Qarabağ” “Sent-Etyen”lə matçda 3 (rəqibi 2), “İnter”lə qarşılaşmada 4 (rəqibi 5) künc zərbəsi vurub. “Dnepr”lə matçdakı yeganə korner isə ukraynalıların hesabında olub.

0