6-cı çempionluq
25.10.2014 - 17:29
6-cı çempionluq

Çempionlar Liqasının 2015/16 mövsümünün daha bir iştirakçısı bəlli olub. Apasport.az saytının məlumatına görə, Latviya çempionatının sonuna 2 tur qalmış qızıl medalların taleyinə aydınlıq gəlib.

 

Yarışın 34-cü turu liderlər “Skonto” və “Ventspils”in dueli ilə əlamətdar olub. Bu oyunadək ən yaxın izləyicisini böyük fərqlə qabaqlayan sonuncular səfərdə inamlı qələbə qazanıb. 4:2 hesablı qələbədən sonra xal hesabını 77-yə çatdıran “Ventspils” “Skonto” üçün əlçatmaz olub.

 

Bununla da Yurgis Puçinskasın yetirmələri ardıcıl 2-ci, ümumilikdə 6-cı dəfə Latviyanın ən güclüsü adını qazanıb.

 

 

0