Əsgər Abdullayev: Bu gündən seleksiya işinə başlamalıyıq
25.10.2014 - 19:15
Əsgər Abdullayev: Bu gündən seleksiya işinə başlamalıyıq

“Oyunla bağlı geniş danışmaq istəmirəm”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Araz Naxçıvan”ın baş məşqçisi Əsgər Abdullayevə məxsusdur.

 

Təcrübəli çalışdırıcı bu gün Topaz Premyer Liqasının IX turunda Zaqatalada “Simurq”a 4:0 hesablı məğlubiyyətə şərh verib: “Sadəcə, deyim ki, çox zəif oynadıq.  “Simurq”u təbrik edirəm. Bizim zəif cəhətlərimiz çoxdur. Bu gündən seleksiya işinə başlamalıyıq”.(pfl)

0