“Stefano və Kristian, siz həmişəlik bizimləsiz!” - FOTO
26.10.2014 - 01:08
“Stefano və Kristian, siz həmişəlik bizimləsiz!” - FOTO

İtaliya A seriyasının VIII turunda səfərdə “Sampdoriya” ilə qarşılaşan (0:0) “Roma” futbolçuları həlak olmuş azarkeşlərinin - ata və oğulun rəsmləri təsvir edilən futbolkalarla meydana çıxıblar. Apasport.az saytının məlumatına görə, “canavarlar”ın fanatı olan 37 yaşlı Stefano və 7 yaşlı Kristian avtomobil qəzasında dünyasını dəyişdiyi üçün paytaxt klubu onları unutmadıqları ilə diqqət çəkib.

 

“Roma”nın rəsmi “Tvitter” hesabında isə “Stefano və Kristian, siz həmişəlik bizimləsiz!” – yazılmış sözlər paylaşılıb.

 

Qeyd edək ki, oktyabrın 21-də Çempionlar Liqasının qrup mərhələsinin III turunda “Olimpiya” stadionunda “Bavariya” (1:7) ilə görüşdən sonra evə qayıdan ata və oğulu avtomobil qəzasına düşərək, həlak olublar.

0