"Qarabağ" zirvəni ələ keçirdi
26.10.2014 - 19:50
"Qarabağ" zirvəni ələ keçirdi

Bu gün Topaz Premyer Liqasında IX turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, son matç günündə azarkeşlər bir-birindən maraqlı qarşılaşmalara şahidlik edib.

 

Belə ki, 2 matçı təxirə salınan və liderliyini qorumağa çalışan “İnter” səfərdə “Neftçi”nin qonağı olub. Paytaxt derbisinə çıxan “bankirlər” qələbə qazanıb, dövrənin qalibi olmaq niyyətində idilər. Lakin “flaqman” Kaxaber Sxadadzenin yetirmələrinin niyyətini gözündə qoyub. Oyun 0:0 hesabı ilə başa çatıb.

 

Ardıcıl 4 qələbə qazanan Ağdam klubu isə Tofiq Bəhramov adına Respublika stadionunda 2014-cü ildə 2 dəfə uduzduğu “Xəzər Lənkəran”ı qəbul edib. Matça yaxşı başlayan Qurban Qurbanovun komandası fasiləyə qədər cənubluları 3 dəfə mərkəzə dəvət edib. Lakin qonaqlar ikinci yarıda daha 2 dəfə fərqlənməyi bacarıb. Hesab arasındakı fərqi 1 topa endirən “Xəzər Lənkəran”ın bundan başqasına gücü çatmayıb.

 

Beləliklə, rəqibini 3:2 hesabı ilə məğlub edən “Qarabağ” xalını 17-yə çıxarıb və turnir cədvəlində liderliyi ələ keçirib.

 

Qeyd edək ki, turun açılış günü “Qəbələ” evdə “Sumqayıt”a 3:1, “Bakı” AZAL-a 1:0, “Simurq” “Araz Naxçıvan”a 4:0 hesabı ilə qalib gəlib.

 

 

Topaz Premyer Liqası

IX tur

26 oktyabr (bazar)

“Neftçi” – “İnter” - 0:0
Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Azər Əsgərov, Teymur Fərhadov 
"Bakcell Arena"

 

NEFTÇİ: 1. Emil Balayev, 2. Karlos Kardozo, 5. Elvin Yunuszadə, 9. Flavinyo (k), 10. Julius Vobay, 14. Elnur Allahverdiyev, 15. Erik Ramos, 18. Kaue da Silva, 19. Mirhüseyn Seyidov, 27. Məqsəd İsayev, 90. Erenst Nfor 

Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 3. Denis Silva, 11. Nikolas Kanales, 8. Elşən Abdullayev, 21. Samir Məsimov, 23. Ruslan Qurbanov, 28. Emin Mehtiyev
Baş məşqçi: Arif Əsədov

 

İNTER: 25. Səlahət Ağayev (k), 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili, 8. Mikel Alvaro, 12. Nildo Fransa Junior, 15. Yoan Bokonyano, 17. Məhəmməd Mirzəbəyov, 21. Arif Daşdəmirov, 80. Nizami Hacıyev, 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev

Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 4. İvan Benites, 6. Slavço Georgiyevski, 7.  Abdulla Abatsıyev, 10. Elvin Məmmədov, 11. Asif Məmmədov, 28. Baçana Sxadadze,

Baş məşqçi: Kaxaber Sxadadze

 

 

“Qarabağ” – “Xəzər Lənkəran” - 3:2

QOLLAR: İnnosent Emeqara,19-pen; 28, Cavid Tağıyev, 33 - Qalin İvanov, 53, Rauf Əliyev, 56
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Mehman Mahmudov, Xəlil Hüseynli
Tofiq Bəhramov adına Respublika stadionu

 

QARABAĞ: 13. İbrahim Şehiç, 3. Tərlan Quliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov (k), 8. İnnosent Emeqara, 18. İlqar Qurbanov, 24. Admir Teli, 41. Leroy Corc, 55. Bədavi Hüseynov, 77. Cavid Tağıyev, 99. Namiq Ələsgərov

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 9. Reynaldo Silva, 17. Vüqar Nadirov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 33. Şəhriyar Əliyev

Baş məşqçi: Qurban Qurbanov

 

XƏZƏR LƏNKƏRAN: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 5. Tyeqo de Xesus, 7. Sadio Tounkara, 8. Qalin İvanov, 10. Elnur Abdullayev, 11. Rauf Əliyev, 14. Rahid Əmirquliyev (k), 27. Adrian Skarlatake, 63. Alfred Sanko, 97. Elnur Cəfərov

Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 6. Rəşad Sadiqov, 18. Tural Cəlilov, 22. Əfran İsmayılov, 28. Fernando Qabriel, 33. Rasim Ramaldanov, 99. Deyan Blajevski.

Baş məşqçi: Oğuz Çətin

 

 

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

8

5

2

1

14-8

17

2

İnter

9

4

4

1

20-4

16

3

Qəbələ

9

4

2

3

10-11

14

4

Neftçi

8

4

2

2

6-7

14

5

Simurq

9

4

1

4

13-8

13

6

Sumqayıt

9

4

0

5

11-14

12

7

Xəzər Lənkəran

9

3

2

4

11-9

11

8

Bakı

9

3

1

5

7-19

10

9

AZAL

8

2

3

3

7-11

9

10

Araz Naxçıvan

8

1

1

6

7-15

4

0