Kristof Qaltye: “Qarabağ”la oyunumuz həlledici sayıla bilər
26.10.2014 - 16:20
Kristof Qaltye: “Qarabağ”la oyunumuz həlledici sayıla bilər

“Avropa Liqasında qarşıdakı oyunlarda mütləq qalib gəlməliyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sent Etyen”in baş məşqçisi Kristof Qaltye deyib.

 

Təcrübəli çalışdırıcı bu gün Fransa çempionatının XI turunda, turnir cədvəlinin qonşu pilləsində qəraqlaşan “Mets”lə oyunöncəsi mətbuat konfransı keçirib. O, jurnalistlərin sualların cavablandırarkən, Avropa Liqasının F qrupunda yer alan komandaların çıxışlarını dəyərləndirib.

 

Qitə miqyaslı 2-ci dərəcəli klub turnirinin qrup mərhələsində “Qarabağ”la eyni qrupda yer alan “Sent-Etyen”ın baş məşqçisi təmsilçimizin oyununa qiymət verib: “Mən “Qarabağ”ın qələbəsinə təəccüblənmədim. Çünki “İnter”lə oyunda artıq “Qarabağ”ın gücünə tam bələd olduq. Düzdü, onlar Avropa ictimaiyyətinə bir o qədər də tanış deyil, amma bu komanda qalib gəlməyi bacarır. “Qarabağ”la oyunumuz önəmli olacaq. Azərbaycan klubu ikinci yer uğrunda mübarizədə əsas rəqibimizdir. Onlarla matçımız həlledici sayıla bilər”.

 

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin ilk matçında “Sent-Etyen”lə Bakıda qolsuz bərabərliyə (0:0) qalıb. Milanda “İnter”ə uduzan (2:0) Ağdam klubu səfərdə “Dnepr”ə 0:10 hesabı ilə qalib gəlib. Bu tarixi qələbədən sonra Qurban Qurbanovun yetirmələri F qrupunda II pilləyə yüksəlib. Təmsilçimiz növbəti oyununu noyabrın 6-da yenə “Dnepr”ə qarşı keçirəcək. “Sent-Etyen”la matçımız isə bu görüşdən 21 gün sonra – noyabrın 27-də baş tutacaq. 

0