[b]“Neftçi”dən qaçan futbolçu danışdı: Sanki hərbi xidmətdə idim[/b]
28.10.2014 - 11:46
[b]“Neftçi”dən qaçan futbolçu danışdı: Sanki hərbi xidmətdə idim[/b]

“Kiprin “Omoniya” klubundan ayrılandan sonra “Neftçi”dən təklif aldım. Amma bu komandada karyeram alınmadı. Bunun da səbəbləri var”. Apasport.az xəbər verir ki, bu sözləri isveçrəli qapıçı Conni Leoni deyib.

 

2013-cü ildə “Neftçi”yə transfer olunan, lakin “ağ-qaralar”ın düşərgəsində cəmi 2 ay qalan legioner müəmmalı şəkildə Azərbaycanı tərk etmişdi.

 

Ölkəmizdə debüt etməyən Leoni zədəsini sağaltmaq üçün vətəninə yollansa da, geri qayıtmadı. “Neftçi” rəhbərliyi qaçan qapıçını geri qaytarmağa cəhd etsə də, bunu bacarmamışdı.

 

Leoni ilyarımdan artıq vaxtdan sonra müəmmalı qaçışının sirrini açıqlamağı lazım bilib: “Başqa variantım olmadığı üçün “Neftçi”yə getdim. 2 həftə orada qaldım. Komanda yoldaşlarımla dil tapa bilmədim. Üstəlik, Bakıda nə yaxşı əyləncə var, nə də yaxşı restoran. Sanki hərbi xidmətdə idim. Yalnız məşqə gedib-gəlirdik. Mənim üçün orada yaşamaq çox çətin idi. Ona görə də geri döndüm”. 

0