“Borussiya” növbəti mərhələyə adladı
29.10.2014 - 02:07
“Borussiya” növbəti mərhələyə adladı

Ötən gün Almaniya kubokunda 1/16 final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, bir oyundan ibarət olan qarşılaşmaların ilk matç günü 8 görüş keçirilib.

 

Əsas Bundesliqa təmsilçisi “Hannover” səfərdə “Aalen”ə 2:0 hesabı ilə uduzub, kubokla vidalaşıb.

 

Dortmund “Borussiya”sı isə aşağı liqa təmsilçisi "Sankt-Pauli"ni məğlub etməkdə çətinlik çəkməyib. Rəqibini 3:0 hesabı ilə məğlub edən Yurgen Kloppun yetirmələri yoluna davam ediblər.

 

Qeyd edək ki, Almaniya kubokunda II turun digər oyunları bu gün keçiriləcək.

 

 

Almaniya kuboku

II tur

18 oktyabr

“Aalen” – “Hannover” – 2:0

“Bielefeld” – “Herta” – 1:0

“Şemnitser” – “Verder” – 0:2

“Offenbak” – “Karlsrue” – 1:0

“Dezden” – “Bohum” – 2:1

“Dyusburq” – “Köln” – 0:0 (pen-1:4)

“Kayzerslautern” – “Qroyter Fürt” – 2:0

"Sankt-Pauli" – “Borussiya” D – 0:3

0