Yığmamızın rəqibləri dekabrın 3-də müəyyənləşəcək
29.10.2014 - 09:47
Yığmamızın rəqibləri dekabrın 3-də müəyyənləşəcək

Azərbaycan millisinin rəqiblərinin müəyyənləşəcəyi vaxt bəllidir. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının ilkin seçmə mərhələsini adlayan 17 yaşadək futbolçulardan ibarət yığmamız elit-raunddakı rəqibləri gələn ay keçiriləcək öüşkdə bilinəcək.

 

Həmin tədbir dekabrın 3-də baş tutacaq. İsveçrənin Nyon şəhərindəki püşkatmada 32 komanda 8 qrupa bölünəcək. İlk iki pilləni tutan 16 komandadan 15-i Bolqarıstandakı final mərhələsinə yüksələcək. Ən zəif nəticəyə malik ikinci yer sahibi isə mübarizəni dayandıracaq. Mərasim Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

 

Qeyd edək ki, 13 seçmə qrupundan hamısında mübarizə başa çatmasa da 32 komandanın tam siyahısı dəqiqləşib. Şotlandiya, İrlandiya, Polşa, Gürcüstan, İtaliya, İslandiya, Fransa, İngiltərə, İsveç, Yunanıstan, Portuqaliya, Sloveniya, Xorvatiya, Macarıstan, Hollandiya, Serbiya, Avstriya, Norveç, Belçika, Bosniya və Herseqovina, İspaniya, Slovakiya, Çexiya, Rumıniya, Rusiya, Belarus ilk iki pillənin sahibi kimi mərhələ adlayıb. X qrupda 3-cü olan Azərbaycan millisi üçüncülər arasında 5 ən yaxşı göstəriciyə malik komandalardan biri kimi elit-raunda vəsiqə əldə etdiyi də dəqiqdi. Ukrayna, Uels, Şimali İrlandiya və İsrail də 3-cü yerlə mərhələ adlayıb. Ən yüksək reytinqə malik Almaniya isə birbaşa 32 komanda arasına qatılıb.

0