[b]DÇ-2018-in loqosu təqdim olundu[/b] - FOTO
29.10.2014 - 10:49
[b]DÇ-2018-in loqosu təqdim olundu[/b] - FOTO

2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının loqosunun təqdimat mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, tədbir Moskvada baş tutub.

 

FİFA prezidenti Yozef Blatterin də qatıldığı mərasimdə yerli idman funksionerləri, futbol ulduzları, Rusiyanın tanınmış simaları da iştirak edib. Canlı yayımda təqdim olunan loqoda dünya kuboku əks olunub. Mundialın rəmzini birinci olaraq peykdə olan kosmonavtlar nümayiş etdirib.

 

Qeyd edək ki, dünya çempionatı Rusiyanın 11 şəhərindəki 12 stadionda baş tutacaq.

0