Elxan Məmmədov izlədi, yığmamız yubiley və ilkləri gerçəkləşdirdi
29.10.2014 - 11:14
Elxan Məmmədov izlədi, yığmamız yubiley və ilkləri gerçəkləşdirdi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının ilkin seçmə mərhələsini adlayıb. Apasport.az saytının məlumatına görə, 21-ci dəfə yarışa qatılan yığmamız üçün Belçikada keçirilən X qrupun son turunun Bosniya və Herseqovina ilə görüşü əlamətdar olub.

 

Belə ki, AFFA-nın baş katibi Elxan Məmmədovun canlı izlədiyi görüş millimizin bu yarışlarda 70-ci oyunu olub. Hesabında 15 qələbə və 40 məğlubiyyət olan komandamız 15-ci dəfə heç-heçəylə kifayətlənib.

 

Daha bir yubiley isə keçilən mərhələ sayı ilə bağlıdır. Həmişəki kimi yenə də cüt ildə mərhələ adlayan yığmamız 5-ci dəfə buna nail olub. Bu dəfəki nəticə ardıcıl 5 uğursuz ildən sonra gerçəkləşib.

 

Komandamız ilklərlə də diqqət çəkib. İlk dəfə Mirbağır İsayevin rəhbərliyi ilə qatılan millimiz çalışdırıcısına ilk uğuru qazandırıb. Komandamız tarixində ilk dəfə elit mərhələyə qrup 3-cüsü kimi çıxıb. Əvvəlki 4 uğur 2-ci yerlə gerçəkləşmişdi.

 

Komandamız son turda bütün göstəriciləri eyni olan Bosniya və Herseqovina ilə qarşılaşdığından II yerin taleyi bu matçda həllini tapıb. Oyunun 1:1 hesabı ilə nəticələnməsi penaltilər seriyasına səbəb olub. Yığmamız tarixində ilk dəfə “lotereya”da qüvvəsini sınayıb və 3:4 hesabı ilə uduzub.

 

 

 

U-17 keçdiyi mərhələlər

mövsüm

Baş məşqçi

Meydan sahibi

qrup

yer

O

Q

H

M

T/F

X

2002/03

 İslam Kərimov

 Azərbaycan

 XI qrup

 II yer

 3

 1

 1

 1

 5-5

 4

2004/05

 Şakir Qəribov

 Lüksemburq

 XII qrup

 II yer

 3

 2

 0

 1

 5-4

 6

2006/07

 Yaşar Vahabzadə

Azərbaycan

 VI qrup

 II yer

 3

 1

 1

 1

 2-3

 4

2008/09

 Bernard Lippert (Almaniya)

Polşa

 VIII qrup

 II yer

 3

 1

 1

 1

 5-5

 4

2014/15

Mirbağır İsayev

Belçika

X qrup

III yer

3

1

1

1

3-5

4

 

0