53 yığma Azərbaycan yolunda
29.10.2014 - 11:55
53 yığma Azərbaycan yolunda

17 yaşadək futbolçular arasında Avropa çempionatının ilkin seçmə mərhələsi yekunlaşmamış növbəti mövsümün püşkünə hazırlıqlara start verilib. Apasport.az saytının məlumatına görə, final mərhələsi ilk dəfə Azərbaycanda keçiriləcək yarışda ümumilikdə 54 yığmanın iştirakı dəqiqləşib.

 

Bunlardan biri – Almaniya ilkin, Azərbaycan isə ilkin və elit mərhələlərdən azaddı. Son illərin ənənəsinə uyğun olaraq, I raundda 52 komanda 13 qrupda mübarizə aparacaq. Hər qrupdan iki ən güclü və ən yaxşı nəticəyə malik beş 3-cü yer sahibi elit-raunduna yüksələcək.

 

Azərbaycana 1 addım yaxınlaşan bu 31 komanda və Almaniya isə elit mərhələdə 8 qrupa bölünəcək. Qrup qalibləri və 2-ci yer sahiblərindən 7-si 2016-cı ilin yazında ölkəmizdəki Avropa çempionatına çıxış etmək hüququ qazanacaq.

 

İlkin seçmə mərhələnin püşkü bu il dekabrın 3-də atılacaq. İsveçrənin Nyon şəhərindəki tədbir Bakı vaxtı ilə saat 12:00-da başlayacaq. UEFA ilkin seçmə mərhələnin 52 komandasını artıq iki səbətə bölüb.

 

A səbəti

İngiltərə, Hollandiya, Portuqaliya, Polşa, Fransa, Serbiya, Rusiya, İsveçrə, İtaliya, İspaniya, Çexiya, Şotlandiya, Gütcüstan, İsveç, Macarıstan, Ukrayna, Belçika, İslandiya, Avstriya, Tütkiyə, Xorvatiya, Danimarka, İrlandiya, Norveç, Belarus, Bosniya və

Herseqovina

B səbəti

Yunanıstan, Bolqarıstan, İsrail, Slovakiya, Albaniya, Sloveniya, Şimali İrlandiya, Rumıniya, Latviya, Makedoniya, Estoniya, Finlandiya, Uels, Litva, Ermənistan, Lüksemburq, Kipr, Farer adaları, Moldova, Monteneqro, Qazaxıstan, Malta, Andorra, San Marino, Lixtenşteyn, Cəbəllütariq

 

Qeyd edək ki, bu mərhələdə Rusiya ilə Ukrayna, İspaniya ilə Cəbəllütariq eyni qrupa düşə bilməz.

 

0