[b]Əsgər Abdullayev: Sözüm yoxdu, gücümüz budu[/b]
29.10.2014 - 17:09
[b]Əsgər Abdullayev: Sözüm yoxdu, gücümüz budu[/b]

“Oyun barədə hər hansı bir sözüm yoxdu. Gücümüz budu”. Apasport.az saytının məlumatına görə, bunu “Araz Naxçıvan”ın baş məşqçisi Əsgər Abdullayev deyib.

 

O, Topaz Premyer Liqasının X turunda “Qəbələ”yə 0:1 hesabı ilə məğlubiyyətə münasibət bildirib. Abdullayevin sözlərinə görə, mövsümün komandanı ardınca apara biləcək futbolçulara ehtiyacları var: “Premyer Liqaya vəsiqə qazandıqdan sonra biz heyəti yenə yerli futbolçulardan qurmağa çalışdıq. Premyer Liqanın hansı səviyyədə olduğunu bilirəm. Çempionatda bizim üçün oyunların çox çətin keçəcəyini dərk edirdim. Bizə elə futbolçular lazımdı ki, onlar komandanı irəli apara bilsinlər. Mənim istəyim budu ki, Naxçıvan futbolu inkişaf etsin”.

Mənbə: pfl.az

0