“Neftçi”nin vitse-prezidenti: Yeni layihələrimiz var
29.10.2014 - 17:49
“Neftçi”nin vitse-prezidenti: Yeni layihələrimiz var

“Bakı” ilə oyun gördüyünüz kimi çətin keçdi. Bu matçda gənclərə üstünlük verdik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun vitse-prezidenti Elnur Məmmədov deyib.

 

Klub rəsmisi Topaz Premyer Liqiasının X turunun “Bakı” ilə oyunundan (3:1) sonra matç haqda fikirlərini açıqlayıb: “Qələbə qazandıq. Bu da sevindiricidi. Bir aylıq fəaliyyətim barədə hələ heç nə danışmaq istəmirəm. Mənə bir qədər vaxt verin. Bu barədə rəsmi hesabat açıqlayacağam. Klubla bağlı yeni layihələrimiz var. Bu layihələrdən biri hər oyundan əvvəl mətbuat konfransı təşkil etməkdi. Çalışacağıq ki, işimizi peşəkar şəkildə yerinə yetirək”.

0