[b]Oğuzun çətin qələbə şərhi[/b]
29.10.2014 - 18:17
[b]Oğuzun çətin qələbə şərhi[/b]

“Qələbə qazandığımız üçün sevinirik. Çox çətin bir qələbə oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin deyib.

 

Türkiyəli mütəxəssis Topaz Premyer liqasının X turunun “Sumqayıt”la səfər oyunundan sonra keçirilən mətbuat konfransında qarşılaşma haqda fikirlərini açıqlayıb. Çətin 2:1 hesablı qələbədən məmnunluğunu ifadə edib: “Çempionatda oynadığımız ən çətin oyunlardan biri idi. Bizim ən böyük üstünlüyümüz topu özümüzdə saxlamaqdır. Amma “Sumqayıt”la matçda bunu heç də yaxşı etmədik. Bu məni narahat edir. Əvvəlki oyunlarda topa daha çox nəzarət etsək də, bu gün belə oynaya bilmədik”.

 

0