George Çixradze heç-heçədən danışdı
29.10.2014 - 20:00
George Çixradze heç-heçədən danışdı

“Maraqlı oyun keçdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Simurq”un baş məşqçisi George Çixradze deyib.

 

Gürçüstanlı mütəxəssis Topaz Premyer liqasının X turunun AZAL-la səfər oyunundan sonra keçirilən mətbuat konfransında qarşılaşma haqda fikirlərini açıqlayıb: “Biz oyun ərzində 4 qol izlədik. İlk hissədə üstün olan tərəf biz idik. İkinci hissədə AZAL daha üstün çıxış etdi. AZAL-ın bizi ikinci hissədə cəzalandırdığını da deyə bilərik. Oyunun sonlarında biz toparlandıq, xarakter göstərdik. Qarşılaşmanın heç-heçə bitməsi məntiqli oldu”.(pfl)

0