“Son dəqiqələrdə qol buraxmaq üzücüdür”
29.10.2014 - 20:12
“Son dəqiqələrdə qol buraxmaq üzücüdür”

“Açığı, oyunun ağır keçəcəyini bilirdik. “Bakı”ya məğlubiyyətdən sonra komandanı toparlamaq çətin idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.

 

O, bu gün Topaz Premyer Liqasının X turunda doğma publika önündə son dəqiqələrdə əldən verdikləri oyundan danışıb: “Buna baxmayaraq, fərdi söhbətlər etdik. Oyunda çevriliş edə bildik. Son dəqiqələrdə qol buraxmaq isə üzücüdür, xoşagəlməzdir. Futbolda belə hallar olur. Gələcəyə ümidlə baxmaq lazımdır. Qarşıda çox oyunlar var. Düzdür, bu gün qalib gələ bilmədik. Amma sevindirici haldır ki, komandam tələb olunan futbolu sərgiləyir. Mən futbolçularımı ona görə alqışlayıram ki, 0:1 hesabı ilə məğlub durumda olduğumuz halda 2 qol vurdular. Bizi qarşıda çətin “Neftçi” oyunu gözləyir. Həmin qarşılaşmaya hazırlaşmalıyıq”.(pfl)

 

 

 

0