[b]Qurban Qurbanov: Hər iki komanda qol vurmağa layiq idi[/b]
29.10.2014 - 20:25
[b]Qurban Qurbanov: Hər iki komanda qol vurmağa layiq idi[/b]

“Çox maraqlı oyun alındı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Təcrübəli mütəxəssis bu gün Topaz Premyer Liqasının X turunda səfərdə “İnter”lə oyundakı xal itkisindən danışıb: “Ən az qol vuran və ən az qol buraxan komandaya qarşı mübarizə apardıq. Oyunda bircə qol çatışmadı. Hər iki komanda qol vurmağa layiq idi. Biz meydançaya üç xal qazanmaq üçün çıxmışdıq. Amma heç-heçə daha ədalətli nəticə sayıram”.(pfl)

0