[b]“Qarabağ”ın qələbə seriyası qırıldı[/b]
29.10.2014 - 21:32
[b]“Qarabağ”ın qələbə seriyası qırıldı[/b]

Son çempion “Qarabağ”ın 5 oyunluq qələbə seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, bu gün Topaz Premyer Liqasının X turunda səfərdə “İnter”lə qarşılaşan Ağdan klubu 6-cı qalibiyyətinə sevinə bilməyib.

 

“İnter Arena”da baş tutan oyunda Qurban Qurbanovun yetirmələri “bankirlər”in müqaviməti ilə üzləşib. Qolsuz bərabərliklə (0:0) başa çatan matçda ağdamlılar ölkə çempionatının cari mövsümündə 3-cü xal itkisi ilə üzləşib.

 

9 qarşılaşmada meydana çıxan “Qarabağ” rəqib qapılarından 18 top keçirib ki, bunlardan da 8-nə məyus olub.

 

Qeyd edək ki, “Qarabağ”ın qələbə seriyası Topaz Premyer Liqasının V turunda AZAL-la görüşdən başlayıb. Həmin matçda Ağdam təmsilçisi “təyyarəçilər”i 3 cavabsız qolla məğlub edib. 18 xalla turnir cədvəlinə başçılıq edən “köhlən atlar” daha sonra müvafiq olaraq “Simurq”a 1:0, “Neftçi”yə 3:1, “Qəbələ”yə 2:0 və “Xəzər Lənkəran”a isə 3:2 hesabı ilə qalib gəliblər.

0