[b]Topaz Premyer Liqasında mövsümün antirekordu[/b]
30.10.2014 - 10:05
[b]Topaz Premyer Liqasında mövsümün antirekordu[/b]

Topaz Premyer Liqasının X turu meydan sahibləri üçün uğursuz alınıb. Apasport.az saytının məlumatına görə, II dövrənin ilk turunda qonaqlar məğlubedilməz olub.

 

Belə ki, öz meydanında oynayan 5 komandanın qazancı cəmisi 2 xaldı. İki heç-heçəylə kifayətlənən meydan sahibləri 3 görüşdə uduzub. Qonaqların qapısına 4 dəfə yol tapan birincilər 8-ni buraxıb.

 

Bu isə mövsümün antirekordudu. Əvvəlki 9 turda meydan sahibləri ən azı 1 qələbə qazanırdı.

 

X tur

29 oktyabr (çərşənbə)

 

“Sumqayıt” – “Xəzər Lənkəran” – 1:2

Məhəmməd Qurbanov, 43 // Fernando Qabriel, 26; Alfred Sanko, 65

 

“İnter” – “Qarabağ” – 0:0

 

“Araz Naxçıvan” – “Qəbələ” – 0:1

Pavol Farkaş, 20 

 

 “Bakı” – “Neftçi” – 1:3

Nurlan Novruzov, 55 // Julius Vobay, 38; Araz Abdullayev, 62; Kaue da Silva, 85  

 

AZAL – “Simurq” – 2:2

 Rəşad Abdullayev, 57 (p.); Eduardo Makiel, 80 // Samir Zərgərov, 15; Əli Gökdemir, 90+1

 

0